Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“44 Gündə Qızıl Tarix Yazanlar” layihəsi çərçivəsində tədbir keçirilib

04 fevral 2023 | 11:49

03 Fevral 2023-cü il tarixdə Qəbələ rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İntellektual İnkişaf Naminə” İctimai Birliyin tərəfdaşlığı ilə həyata keçirilən “44 Gündə Qızıl Tarix Yazanlar” layihəsinin açılış tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Xiyabanı kompleksini ziyarət etmiş, Ulu öndərin abidəsi önünə, şəhidlərin məzarlarının üzərinə, xatirə lövhələrinin qarşısına gül dəstələri düzərək dahi rəhbərə və şəhidlərə dərin ehtramlarını bildirmişlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində davam edən tədbirdə öncə  Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himnimiz səsləndirilmişdir. Layihə rəhbəri Xəyal Məmmədəliyev çıxışında bildirib  ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün davam edən Vətən Müharibəsində yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı, canı bahasına azad edildi. Bu Qələbə ölkə rəhbəri tərəfindən həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyasının parlaq nəticəsidir. Sonda Polkovnik Zavir Zərbəliyev və Psixoloq Tahirə Əsgərovanın təqdimatında gənclərə “Ordu quruculuğu və hərbiyə psixoloji hazırlıq” haqqında təlimlər keçirilmişdir.

Keçidlər