Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi

23 fevral 2013 | 16:00

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin ordu sıralarına hazırlanmasında  müstəsna əhəmiyyəti olan “Cəsurlar” hərbi-idman və turizm oyunlarının rayon birinciliyi Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, Təhsil şöbəsinin iştirakı ilə 22 fevral 2013-cü il tarixdə Qəbələ şəhər 2 saylı tam orta məktəbdə keçirilmişdir.
Yarışın açılış mərasimində Gİİ-nin rəisi Fəxri Soltanov çıxış edərək komandaları salamlamış və “Cəsurlar” hərbi - idman və turizm oyununun keçirilməsində məqsədin yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını və turizm hərəkatının inkişaf etdirilməsini təmin etməkdən ibarət olduğunu bildirdi. F.Soltanov çıxışında onu da qeyd etdi ki, “Cəsurlar” hərbi–idman və turizm oyununun məktəbdaxili seçmə yarışları artıq yekunlanmışdır, bu gün oyunların ikinci mərhələsi olan rayon birinciliyi yarışıdır. Rayon birinciliyində qalib gələn komanda 07 mart 2013-cü il tarixdə Zaqatala rayonunda keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcəkdir.
Rayonun orta ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq sıra hazırlığı mərhələsi keçirildikdən sonra komandalar estafet mərhələsini davam etdirmişlər.
Yarışın yekun nəticəsinə əsasən Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası I yeri, şəhər 3 saylı tam orta məktəbin komandası II yeri və  Soltannuxa kənd tam orta məktəbin komandası III yeri tutmuşdur. Qalib komandalar Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışdır.

Keçidlər