Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı haraya səsləyir bizi

22 fevral 2013 | 16:00

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilmişdir. Bu məqsədlə  orta məktəblərdə tarixi ideoloji dərslər, məktəblilərin mərkəzə ekskursiyaları təşkil olunmuş, tədbir iştirakçılarına bu faciəni əks etdirən kitabçalar  paylanmışdır. “Xocalı haraya səsələyir bizi” adı altında Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə  rayon İcra hakimiyyətinin ,  Mədəniyyət və turizm şöbəsinin, Qırmızı Aypara Cəmiyyətinin, Qəbələ rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Təhsil şöbəsinin, “Qəbələ” qəzeti redaksiyasının, Peşə məktəbinin və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin nümayəndələr iştirak edirdilər.
Tədbiri giriş sözü ilə  Mərkəzin direktoru Xəyalə İsayeva açdı və  şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Xəyalə İsayeva çıxış edərək bildirdi ki, “Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə bir faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın xarici ölkələrdəki 15-dək diplomatik nümayəndəliyində fotosərgilər təşkil olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Formunun mədəniyyətlərarası dioloq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə “Xocalıya ədalət”  beynəlxalq kompaniyası başlanmışdır. 26 fevral 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin iştirakı ilə Ümumxalq yürüşü keçirilmişdir. Hamıya məlumdur ki, ABŞ-ın Ağ Evinin rəsmi internet səhifəsində Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımı ilə bağlı petisiya yerləşdirilib. Fevralın 22-nə kimi yüz min səs toplanılıb. Bütün bu həyata keçirilən tədbirlərin məqsədi Xocalı həqiqətlərinin dünya ölkələri tərəfindən tanınması və qəbul edilməsidir.
Şəhər 3 saylı məktəbin tarix müəllimi Mutəllimova Gülnar “Xocalı haraya səsələyir bizi” adlı məruzəsində qeyd etdi ki, bildiyimiz kimi 1991-ci ildən başlayaraq əvvəlcə SSRİ, sonra Rusiya hərbi-siyasi qüvvələrinin köməyilə Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi əməliyyatlara başladı. Bu hadisələrin necə baş verdiyinə nəzər salsaq görərik ki, əslində Xocalı 1991-ci ildən blokada idi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı zəbt olundu. Bu qırğın nəticəsində 613 nəfər həlak olmuş, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qocalar idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyinini itirmiş, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, onlardan 76-sı uşaqlardır. 1275 nəfər əsr düşmüş, 150 nəfər isə itkin düşmüşdür. İnsanları amansızlıqla qətlə yetirmiş, meyitləri belə təhqir etmişlər. Hər il fevralın 26-sı Xocalı soyqırımı günü kimi qeyd olunur və saat 1700-da bir dəqiqəlik sükutla yad edilir.
RİH-nin nümayəndəsi Zahid Əfəndiyev, Qəbələ Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri Rəna Mahmudova, 5 saylı tam orta məktəbin tarix müəlliməsi Abgül Musayeva çıxış edərək, bu hadisələrin Xocalının timsalında insanlığa qarşı yönəldilmiş faciə olduğunu qeyd etdilər və gənclərin bu hadisələrə həssaslıqla yanaşmasını təqdirəlayiq hesab etdilər.
Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən filmə baxdılar, mərkəzdə təşkil olunmuş məktəblilərin rəsmlərindən ibarət sərgi ilə tanış oldular.

Keçidlər