Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Prezidenti İlham Əliyev millət vəkili, ağsaqqallar şurasının sədri Fəttah Heydərovun “Şərəf” ordeni ilə təltif olunması barədə sərəncam imzalayıb.

23 fevral 2013 | 16:00

Heydərov Fəttah Səməd oğlu 1938-ci ildə Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə doğulduğu kəndin təhsil və mədəniyyət ocaqlarında başlamışdır. 1966-cı ildə Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1976-cı ildən Naxçıvan Muxtar Respublikası Əhaliyə Məişət Xidməti Naziri, 1978-1983-cü illərdə Ordubad və Culfa rayon Partiya Komitəsində birinci katib, 1983-cü ilin noyabrından Naxçıvan MR Mədəniyyət Naziri vəzifələrində işləmişdir. 1995-ci ilin noyabrından Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür. Baki Dövlət Universitetini, Ali idarəetmə və Politalagiya Universitetini bitirmişdir. Dörd dəfə müqəddəs Həcc ziyarətində, dəfələrlə ümrə ziyarətində olmuşdur.
Beş övlad atasıdır.
Hər bir dövlətin iqtisadi və siyasi baxımdan inkişafının əsas şərtlərindən biri hüquqi islahatların vaxtında və səmərəli şəkildə həyata keçirməkdən çox asılıdır.
Bu mənada Azərbaycandaki dövlət quruculuğu prosesinin uğurları hüquqi islahatların müvəfəqqiyyətlə aparılmasının məntiqi nəticəsidir. Milli Məclisin deputatı kimi ötən on səkkiz illik fəaliyyəti ərzində Fəttah Heydərov xalqımızın milli sərvəti olan müstəqilliyizin möhkəmləndirilməsində, ümummilli Lider Heydər Əliyevin şah əsəri olan Azərbaycanın Avropa xalqları ailəsinə inteqrasiya olunmasında qətiyyətli mövqe nümayiş etdirmiş, parlamentin qanun yaradıcılığında, hüquqi bazanın yaradılmasında Azərbaycan xalqının, Qəbələ camaatının istək və arzularının həyata keçirən insanlardan olmuşdur.
Öz sadə və səmimi münasibəti ilə rayon ağsaqqllarının, ziyalılarının və gənclərinin yaxın dostuna çevrilən Fəttah Heydərov onların maddi rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, sosial-iqtisadi infrastrukturunun müasirləşdirilməsi istiqamətində əsl vətəndaş mövqeyindən çıxış edərək ardıcıl və səmərəli iş aparmışdır. Deputatlıq fəaliyyətinin əsas məqamlarından biri kimi mərkəzəqaçma meyllərinin tamamılə aradan qaldırılması üçün seçicilərlə canlı təmas quran Fəttah Heydərov istər Milli Məclisdə, istərsə də rayonda minlərlə seçicini qəbul etmiş, onların şəxsi və sosial problemlərinin həll olunmasında əlindən gələni əsirgəməmişdir. Ona müraciət edən seçicilərin çoxunun işlə təmin edilməsi, problemlərin həll olunmasının hüquqi təminatı sahəsində onlara göstərdiyi köməklik rayonda həyatın canlanmasına səbəb olmuşdur. Hər bir qəbələli yaxşı bilir ki, rayonun təhsil, səhiyyə, mədəniyyət , rabitə, sosial təminat, abadlıq, sel-sulardan mühafizə kimi problemlərin həllində Fəttah Heydərov yaxından iştirak etmişdir.
Azəarbaycan Respublikası Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini kimi Fəttah Heydərov hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində aparılan müzakirələrdə elmi cəhətdən əsaslandırılmış dəyərli təkliflərlə çıxış etmiş, müzakirələrdə fəallıq göstərmişdir. Hüquqi demokratik cəmiyyətin bütün sahələrini əhatə edən, insan haqlarının təminatı sahəsində qəbul olunmuş qanunlar məhz bu qəbildəndir.
ATƏT-in Parlamentlərarası Assembleyasının və Milli Məclisin Parlamentlərarası dostluq qrupunun üzvü kimi beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edən Fəttah Heydərov dünyanın bir çox yerlərinə - Fransaya, Almaniyaya, Yunanıstana, İngiltərəyə, Səudiyyə Ərəbistanına, İordaniyaya, İspaniyaya, İsveçə, Norveç, Avstriyaya və digər ölkələrə etdiyi rəsmi səfərləri zamanı parlamentlərarası münasibətlərin yaranmasında, qarşılıqlı əlaqələrin qurulması və genişləndirilməsi sahəsində olduqca müsbət fəaliyyət göstərmiçşdir. Bütün rəsmi səfərlərində torpaqlarımızın 20 % nin işğalının, 1 milyondan çox soydaşımızın ev-eşiyindən didərgin düşərək ağır vəziyyətdə yaşamasının, erməni təcavüzünün törətdiyi dəhşətl cinayətlərin dünya içtimaiyyətnə çatdırılmasında, erməni riyakarlığının iç üzünün açılmasında fəal mövqedə dayanmışdır.
Fəttah Heydərov 18 illik deputatlıq fəaliyyəti müddətində beynəlxalq hüquq prinsiplərinin və normalarının milli qanunvericilikdə öz əksini tapması, qanunların beynəlxalq normalara uyğunlaşdırılması, Azərbaycan dövlətinin və xalqının dünya sivilizasiyanın inteqrasiya olunması istiqamətində aparılan ümum dövlət vəzifələrinin həllində bilik və bacarığını əsirgəməmişdir. Bütün bunları qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev millət vəkili, respublika ağsaqqallar şurasının sədri Fəttah Heydərovun “Şərəf” ordeni ilə təltif olunması barədə sərəncam imzalamışdır. Sərəncamda deyilir:

F.S. Heydərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov “Şərəf” ordeni ilə təltif edilsin.
                                                                                                                                        İlham Əliyev
                                                                                      Azərbaycan Respublikasının Prezidenti
                                                                                                    Bakı şəhəri, 22 fevral 2013-cü il.

Biz Qəbəlilər də bu münasibətlə “Şöhrət” ordenli  hörmətli millət vəkilimizi, respublika ağsaqqallar şurasının sədri Fəttah Heydərovu təbrik edir, ən xoş arzularımızı ona ünvanlayırıq.

Keçidlər