Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş  “Sən bir işiqsan” adlı tədbir keçirilib

26 aprel 2023 | 15:06

25 aprel 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Qəbələ Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Akademik Zərifə  Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Sən bir işiqsan” adlı  tədbir keçirilib. Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqləlik sükutla yad edilmişdir. Çıxış edənlər Azərbaycan eliminin parlaq simalarından olan görkəmli oftalmoloq alim, həkim Zərifə Əliyevanın həyat və fəaliyyətindən danışmış, onun tibb elminə verdiyi yeniliklərdən bəhs etmişlər. Sonda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Keçidlər