Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Aqşin qəlbimizdə yaşayır” adlı  tədbir keçirilib

28 oktyabr 2022 | 12:32

27 oktyabr 2022 - ci il tarixində Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində İkinci Qarabağ Müharibəsi şəhidi, tibb xidməti leytenantı Aqşin Ənvərlinin xatirəsini yaşatmaq məqsədi ilə "Aqşin qəlbimizdə yaşayır" adlı tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzinin, Dövlət Rəsm Qalereyasının, Mədəniyyət Mərkəzinin, İncəsənət Məktəbinin  əməkdaşları və şəhidin ailə üzvlərinin iştirak etdiyi tədbirdə öncə vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açmış və İkinci Qarabağ Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  və şanlı ordumuzun şücaəti ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin tarixindən, dəmir yumruq kimi birləşən ordu-xalq birliyindən, əsgərlərimizin  rəşadətindən söhbət açmışdır. Şəhid valideynləri və ailə üzvləri Aqşinlə bağlı xatirələrini söyləmiş, dövlətimizin şəhid ailələrinə göstərdiyi böyük diqqət və qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Sonda Aqşin Ənvərlinin şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilmişdir.

Keçidlər