Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Azərbaycan Respubklikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümü”nə həsr edilmiş rəsm müsabiqəsi keçirilmişdir

26 iyul 2022 | 12:45

26 iyul 2022-ci il tarixdə Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Qəbələ Dövlət Rəsm Qalareyasının dəstəyi ilə rayon mədəniyyət mərkəzində “Azərbaycan Respubklikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümü”nə həsr edilmiş yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqəyə rayonun 30-dək yeniyetmə və gənc rəssamı 60-dək rəsm əsəri ilə qatılmışdır. Tədbiri giriş sözü ilə gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov açaraq iştirakçıları salamlamış, nazirliyin yaranma tarixi, eləcə də keçirilən tədbirin məqsədi barədə məlumat vermişdir. Qəbələ Dövlət Rəsm Qalareyasının direktoru Təzəgül Nəsmiyeva sərgidə nümayiş olunan əsərləri təqdim etmiş və gənc rəssamlara uğurlar arzulamışdır. Münsiflər heyəti tərəfindən əsərləri yüksək qiymətləndirilən gənc rəssamlar gənclər və idman idarəsinin fəxri-fərmanları ilə təltif edilmişlər.

Keçidlər