Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Bahar sevinci” adlı tədbir keçirilib

17 mart 2023 | 14:23

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə  “Bahar sevinci” adlı tədbir  keçirilib. Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar, şəhid  övladları, mərkəzin benefisiarları, şəhər 1 və 2 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Tədbirdə Novruz Bayramı, novruz çərşənbələri və digər adət-ənənələrimiz haqqında uşaqlara  ətraflı məlumat verilib. Tədbir zamanı uşaqlarla müxtəlif oyunlar keçirilib və tonqal ətrafında halay çəkilib. Novruzun rəmzləri olan Kosa və Keçəlin gəlişi uşaqların sevincinə səbəb olub. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edilib.

Keçidlər