Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bir qrup şəhid ailəsi ilə görüş keçirilmişdir

30 dekabr 2022 | 08:45

29 dekabr 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində bir qrup şəhid ailəsi ilə görüş keçirilmiş, onları narahat edən problemlər dinlənilmişdir. Görüşdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik  Anar Ağabəyov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs edərək onların şücaətlərinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişlər. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə layiq görüldükləri (“3-cü dərəcəli Rəşadət” və “3-cü dərəcəli Vətənə xidmətə görə”) ordenlər şəhidlərin ailə üzvlərinə təqdim olunmuşdur. Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər