Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Dahiliyin Heydər Əliyev zirvəsi” adlı rəsm sərgisi təşkil olunub

13 yanvar 2023 | 16:01

13 yanvar 2023-cü il tarixində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Dahiliyin Heydər Əliyev zirvəsi" adlı rəsm sərgisi təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və Ümummilli liderin həyat və fəalyyətinə həsr olunmuş rəsm sərgisi ilə tanış olmuşlar. Sərgidə gənc rəssamların Ulu Öndərə həsr olunmuş rəsm əsərləri haqqında ətraflı məlumat verən Qəbələ Dövlət Rəsm Qalereyasının direktoru Təzəgül Nəsmiyeva Ümummilli Liderin bütün fəaliyyəti dövründə rəssamlara göstərdiyi diqqət və qayğının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdrildiyini bildirmiş və Ulu Öndərin hər zaman qəlblərdə yaşayacağını qeyd etmişdir.

Keçidlər