Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

 “Heydər Əliyev: Dahi şəxsiyyət, əbədiyaşar lider” adlı tədbir keçirilmişdir

06 dekabr 2022 | 15:39

06 dekabr 2022-ci il tarixində Qəbələ Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev: Dahi şəxsiyyət, əbədiyaşar lider” adlı tədbir keçirilmişdir. Tədbirdə öncə ümummilli lider Heydər Əliyevin  əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər  adını müasir dövlətçilik tariximizə yazan, Azərbaycanı məhv olma təhlükəsindən qurtaran və xalqımızın yaddaşına əbədi həkk olunmuş əvəzolunmaz, müdrik insan Heydər Əliyevin dövlətimiz qarşısındakı danılmaz xidmətlərindən bəhs etmişlər. Sonunda “Dahi Şəxsiyyət”  sənədli filmi nümayiş olunmuşdur.

Keçidlər