Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev İli” çərçivəsində Uşaq İncəsənət Festivalının I mərhələsinə start verilib

18 aprel 2023 | 17:32

18 aprel 2023-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan  Uşaq İncəsənət Festivalının I mərhələsinə start verilib. Festivalın keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməkdir. Festivalda uşaqların rəsm, musiqi, bədii qiraət bacarıqlarına baxış keçiriləcək. Qaliblər festivalın II mərhələsinə buraxılacaq.

Keçidlər