Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kiçik Əmili kəndində səyyar qəbul keçirilmişdir

27 iyul 2022 | 17:32

27 iyul 2022-ci il tarixində Qəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdullayevin Kiçik Əmili kəndində növbəti səyyar qəbulu keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin, kənd ictimaiyyəti nümayəndələrinin və ağsaqqalların iştirak etdiyi tədbirdə RİH-nin başçısı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkənin bütün regionlarının, eləcə də Qəbələ rayonunun sürətli inkişafından söz açmış, aparılan böyük tikinti-quruculuq işlərindən, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışmış, rayonumuzun yaşayış məntəqələrinin simasının gündən-günə dəyişdiyini, abadlaşdığını diqqətə çatdırmışdır. Qəbulda iştirak edən kənd sakinləri onları narahat edən məsələləri RİH başçısının diqqətinə çatdırmış, rayonumuzda görülmüş işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər