Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Muaytay və uşu idman növləri üzrə “Dəmir yumruq-9” Qəbələ rayon Açıq turniri keçirilib

21 noyabr 2022 | 14:08

Azərbaycan Muaytay-tayboks Federasiyası və Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 noyabr 2022-ci il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında muaytay və uşu idman növləri üzrə “Dəmir yumruq-9” Qəbələ rayon Açıq turniri keçirilmişdir. Turnirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunu artırmaq, həmçinin idmançıların idman ustalıqlarının artırılması və bu idman növü üzrə yığma komandalara namizədlər hazırlamaqdan ibarətdir. Turnirin açılışnda Muaytay-tayboks Federasiyasının prezidenti Azər Həsənsoy və Qəbələ rayon Gənclər və İdman idarəsinin rəis müavini Müşfiq Abbasov çıxış edərək yarışın məqsəd və vəzifələri haqqında məlumat vermiş, respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışaraq yarış iştirakçılarına uğurlar arzulamışlar. Turnirdə Bakı, Gəncə, Qəbələ, Şəki, Sumqayıt, Şamaxı klublarından ümumilikdə 200-dək idmançı iştirak etmişdir. Yekunda hər çəki dərəcəsi ürzə I, II, III yeri tutmuş idmançılara diplom və medallar təqdim edilmişdir.

Keçidlər