Şriftin ölçüsü :

Saytın rəngi :

Peşə təhsilinin təbliği ilə bağlı “Açıq Qapı” tədbiri keçirilib

13 may 2022 | 19:28

13 may 2022- ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tədbiri təşkil edilib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsil Agentliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Şəki Regional Təhsil İdarəsinin Qəbələ rayon təhsil sektorunun məsul nümayəndələrinin, ümumtəhsil məktəblərinin IX - XI sinif şagirdlərinin, müəllimlər, valideyinlər, uğurlu məzunlar, işəgötürən müəssisələr və KİV əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri, eləcə də peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini vermişlər. Qonaqlar mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgi ilə, eləcə də mühəndis-pedoqoji heyəti tərəfindən həyata keçirilən master-klasslarla, həmçinin mərkəzdə fəaliyyət göstərən emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanış olmuşlar. Qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şəraitdən məmnunluqlarını bildirmiş, ictimaiyyətin peşə təhsili haqda məlumatlanmasında belə tədbirlərin zəruriliyini ifadə etmişlər.

Keçidlər