Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr Anım günü ilə əlaqədar tədbir keçirilmişdir

26 sentyabr 2022 | 18:17

26 sentyabr 2022-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr Anım günü ilə əlaqədar keçirilən tədbir şəhidlərimizin xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Mərkəzin direktoru Qalib Nəbiyev tədbiri giriş sözü ilə açmış, II Qarabağ müharibəsinin ölkəmizin parlaq qələbəsi ilə başa çatmasının və ordumuzun Zəfər uğrunda mübarizəsinin Azərbaycan üçün əvəzediməz hadisə olduğunu vurğulamışdır. Təhsil mərkəzinin müharibədə iştirak etmiş müəllim və tələbələri  iştirakçısı olduqları döyüşlər, şəhid olmuş döyüş yoldaşları haqqında məlumat vermiş, onların qəhrəmanlıqlarından danışmış, şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərə dövlət tərəfindən göstəilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər. Sonda “ Müzəffər əsgərimiz ” adlı filmə baxış keçirilmişdir.    

Keçidlər