Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir

17 iyun 2022 | 16:35

17 iyun 2022-ci il tarixində Qəbələ Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışmış, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırmışdır. Respublika Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri professor Vahid Novruzov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolundan söz açmış, Qəbələ Rayon Ağsaqqallar Şurasının bir illik fəaliyyətinin qənaətbəxş qiymətləndirildiyini qeyd etmişdir. Rayon Ağsaqqallar şurasının sədri Mehman İsmayılov illik fəaliyyətləri və qarşıda duran məsələlər barədə məlumat vermiş, Qəbələdə şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığını və ağsaqqalların da bu nəcib işlərdə yaxından iştirak etdiyini vurğulamışdır. Çıxış edən rayon ağsaqqalları ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən qlobal layihələrdən danışmış, ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Rayonun ictimai işlərində fəal iştirakına görə ağsaqqallar şurasının bir qrup üzvünə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim edilmişdir. Sonda uzun müddət Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri olmuş Nazim Mustafayev səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilmədiyinə görə ağsaqqallar tərəfindən evində ziyarət edilmiş və ona Azərbaycan Respublikası Ağsaqqallar Şurasının fəxri fərmanı təqdim olunmuşdur.

Keçidlər