Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Mədəniyyət Mərkəzində  Fikrət Əmirovun 100 illiyi münasibətilə tədbir  keçirilib

11 iyun 2022 | 09:26

10 iyun 2022-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində  görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun  100 illik yubileyi münasibətilə "Musiqisi ilə əbədiyaşar sənətkar" adlı ədəbi-bədii tədbir keçirilib. Mədəniyyət işçiləri, rayon ictimaiyyəti və media nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Nargilə Qafarova açaraq  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında imzalanmış sərəncama uyğun olaraq respublikada silsilə tədbirlərin keçirildiyini qeyd etmişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı isə Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun  həyat və yaradıcılığı əsərləri barədə geniş məlumat vermişdir. Sonda Qəbələ Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında Fikrət Əmirovun əsərlərindən nümunələr səsləndirilmiş, Səadət Təhmirazqızının ssenari müəllifi olduğu bəstəkarın həyat və yaradıcılığından bəhs edən televiziya filmi nümayiş olunmuşdur.

Keçidlər