Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilmişdir

01 iyun 2023 | 17:59

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Qəbələ şəhəri Heydər Əliyev parkında “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilmişdir.  Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər planı çərçivəsində təşkil edilmiş festivalda Qəbələ Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, rayonun hüquq-mühafizə orqanlarının, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyəti, ağsaqqallar, uşaqlar, Vətən müharibəsi şəhidlərinin və qazilərin övladları iştirak etmişdir. Tədbirdə çıxış edən RİH başçısı Səbuhi Abdullayev ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən layihələrdən danışmış, uşaqları bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev isə çıxışında istedadlı uşaqların qabiliyyətlərinin üzə çıxarılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlıqlarının qorunması ilə yanaşı, həm də təhsillərinin artırılması yönümündə dövlət tərəfindən yaradılmış şəraitdən bəhs etmişdir. Tədbir iştirakçıları rayonun ümumtəhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin, rayon incəsənət məktəbinin şagirdlərinin, eləcə də uşaq və ailələrə dəstək mərkəzində, rəsm qalareyasında fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, Olimpiya İdman Kompleksində, Qəbələ İdman Klubunda məşğul olan idmançı uşaqların idman hərəkətlərinə baxış keçirmiş, uşaqların ifasında şeir və mahnılar dinləmişlər. Sonda rayon icra hakimiyyəti tərəfindən şəhid və qazilərin övladlarına hədiyyələr təqdim edilmişdir.

Keçidlər