Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələdə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” adlı seminar keçirilmişdir

16 sentyabr 2022 | 12:23

15-16 sentyabr 2022-ci il tarixlərində Qəbələdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Qəbələ Rayon İcra  Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda iki günlük seminar keçirilmişdir. Rayon icra hakimiyyəti nümayəndələrinin, rayonunun aktiv qadınlarının, təhsil işçiləri və gənclərin iştirak etdiyi seminarın keçirilməsində məqsəd dini maarifçilik işinin həyata keçirilməsində, dini radikalizm və xurafatla mübarizədə qadınların fəal iştirakına dəstək vermək və bu sahədə onları təlimatlandırmaqdır.

Keçidlər