Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə "Korrupsiyaya qarşı mübarizə yolları” adlı tədbir keçirilmişdir 

07 dekabr 2022 | 15:22

07 dekabr 2022-ci il tarixində Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində "Korrupsiyaya qarşı mübarizə yolları" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Bəxtiyar Vəliyev  korrupsiyaya qarşı  hərtərəfli mübarizə, hüquqpozmalara yol verilməməsi,  vətəndaşların hüquqlarının müdafiəsi, sosial ədalətin bərqərar olması və dövlətimizin korrupsiyaya qarşı mübarizəsi  istiqamətində  fəaliyyətindən  bəhs etmişdir. Çıxış edənlər  qanunun şəffaflığının qorunması və bu mövzuda səmərəliliyin təmin edilməsi və möhkəmləndirilməsində ümumi mübarizə yolları haqqında fikirlərini bildirmişlər.

 

Keçidlər