Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Məzun günü” qeyd edilmişdir

14 iyun 2022 | 14:32

14 iyun 2022-ci il tarixində  Qəbələ rayonunun 68 ümumtəhsil məktəbində “Məzun günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə 1100 nəfər məzun üçün məktəb həyatının son, müstəqil həyatın ilk zəngi çalınıb. Məktəblərdə keçirilən bayram tədbirlərində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, eləcə də idarə, müəssisə və təşkilatların nümayəndələri, müəllimlər və valideynlər iştirak etmişlər.  Tədbirlərdə çıxış edənlər məzunları və valideynləri təbrik edərək, məktəbi bitirən şagirdlərə uğurlar arzulamış, Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsil sahəsində aparılan uğurlu siyasətdən, görülən geniş miqyaslı işlərdən söz açmışlar.

Keçidlər