Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə şəhid Elməddin Mustafayevin valideynlərinə yeni tikilmiş fərdi yaşayış evi təqdim edilmişdir

29 dekabr 2022 | 17:40

29 dekabr 2022-ci il tarixdə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Qəbələ şəhər sakini Elməddin Mustafayevin ailəsinə yeni tikilmiş fərdi yaşayış evi təqdim edilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İsmayılov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digərləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən, qəhrəmanlıqla döyüşən əsgərlərimizin şücaətindən, şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr diləmiş, qazilərə can sağlığı arzulamışlar. Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər