Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Tullantısız Dünya” layihəsi çərçivəsində tədbir keçirilmişdir

06 iyun 2022 | 18:19

06 iyun 2022-ci il tarixdə Qəbələ “ASAN” Xidmət Mərkəzində “Coca-Cola” şirkətinin qlobal “Tullantısız Dünya” proqramı çərçivəsində Qəbələ rayonunda plastik tullantıların çeşidlənməsi, toplanması və əhalinin bu istiqamətdə məlumatlılığının artırılması məqsədilə “Coca-Cola” şirkətinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və rayon icra hakimiyyətinin əməkdaşlığı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən danışmış, ətraf mühitin mühafizəsi üçün plastik tullantıların təkrar emalının vacibliyini qeyd etmişlər. Layihə çərçivəsində plastik tullantılar toplanaraq təkrar emala yönəldiləcək, əhali arasında keçiriləcək sorğunun nəticələrinə uyğun yeni mexanizmlər hazırlanacaq.

Keçidlər