Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

04 noyabr 2022 | 18:35

04 noyabr 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və YAP Qəbələ rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini və torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Xiyabanı kompleksini ziyarət etmiş, xatirələrini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. Qəbələ Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Partiyanin keçdiyi şərəfli yolu əks etdirən film nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının, o cümlədən partiyanın Qəbələ rayon təşkilatının yaranmasından, partiyanın 30 ildə keçdiyi uğurlu inkişaf yolundan danışmışdır.  Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev çıxış edərək Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yarandığı gündən böyük ictimai dəyərlərin daşıyıcısı olduğunu, ölkə prezidenti, Partiyanın sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti sayəsində ölkə iqtisadiyyatının inkişaf etdiyini, dayanıqlı əsaslara söykənən xalq-iqtidar birliyinin yarandığnı qeyd etmişdir. Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur xanım Sofiyeva və Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Aqiyə xanım Naxçıvanlı bu gün sıralarında 800 minə yaxın insanı birləşdirən Yeni Azərbaycan Partiyasının ümumixalq partiyasına çevrildiyini vurğulamış, partiyanın fəaliyyəti və həyata keçirdiyi uğurlu siyasətdən bəhs etmişlər. Tədbirdə həmçinin YAP Qəbələ rayon təşkilatının fəalları, şəhid valideyni və müharibə iştirakçıları çıxış etmişlər. Sonda bir qrup YAP fəallarına rayon icra hakimiyyətinin Fəxri Fərman və partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiyanın üzvlük vəsiqəsi təqdim edilmişdir.

   

       

   

   

   

   

   500

   

   

Keçidlər