Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələnin 42 nəfər məzunu qəbul imtahanlarından 600-dən yuxarı bal toplayıb

19 avqust 2022 | 10:05

Əvvəlki tədris illərində olduğu kimi 2021-2022-ci tədris ili Qəbələ rayonun təhsil kollektivləri üçün uğurlu olmuşdur.  Çox sevindirici haldır ki, bu  il məktəbi  bitirən 1140  nəfər məzundan  42  nəfəri qəbul imtahanlarından  600-dən yuxarı bal toplamışdır.  Qeyd edək ki, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar Qəbələ rayonunda da təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Tələbə adını qazanmış bütün məzunları təbrik edir, onlara təhsildə və həyatda uğurlar arzulayırıq.

Keçidlər