Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir

22 sentyabr 2022 | 10:41

Qəbələ Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirilmişdir. Şura üzvlərinin, inzibati ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə 27 sentyabr – Anım Gününün ikinci ildönümü ilə əlaqədar rayon ərazisində görüləcək işlər haqqında hazırlanmış Tədbirlər Planı təhlil edilmiş və qarşıda duran məsələlər müzakirə edilmişdir. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən  diqqət və qayğıdan danışaraq, rayonda bu qəbildən olan insanlara xüsusi qayğı ilə yanaşmağın və onların problemləri ilə daim maraqlanmağın vacibliyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Keçidlər