Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

 “Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsi çərçivəsində tədbir keçirilmişdir

24 sentyabr 2022 | 10:57

23 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsi çərçivəsində təlimlərin açılış mərasimi keçirilmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərin, müəllim və şagird heyətinin, QHT nümayəndələrinin, ictimai fəalların iştirakı ilə keçirilən tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər sağlam həyat tərzinə sahib olmağın zəruruliyi, zərərli vərdişlərə aludəçiliyin fəsadları, gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələri, sağlamlığa daimi nəzarətin önəmi, peyvənd olunmağın zəruriliyi, fiziki aktivliyin əhəmiyyəti haqqında geniş məlumatlar vermişlər.

 

Keçidlər