Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid hərbi həkim, baş leytenant Aqşin Ənvərlinin barelyefinin açılışı olmuşdur

18 iyun 2022 | 20:22

18 iyun 2022-ci il tarixində şəhid hərbi həkim, baş leytenant Ənvərli Aqşin Faiq oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün hazırlanmış barelyefin açılış tədbiri olmuşdur. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri, şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri iştirak etmişlər. Çıxış edənlər Aqşin Ənvərlinin həyat yolundan danışmış, vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd etmişlər. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər