Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid Sahil Şirinovun doğum günü qeyd edilmişdir

22 iyun 2022 | 17:02

Bu gün 2016-cı ilin Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmiş Bum qəsəbə sakini, leytenant Şirinov Sahil Həsrət oğlunun doğum günüdür. Qəbələ rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin  təhsil aldığı məktəbin kollektivi, ictimaiyyət nümayəndələri, ailə üzvləri Sahil Şirinovun məzarını və şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə Bum qəsəbəsində ucaldılmış xatirə kompleksini ziyarət edərək, üzərinə gül dəstələri qoymuşlar. Tədbirdə çıxış edənlər və şəhidin ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər