Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Tarixi Şuşa şəhəri və tarixi abidələrimiz” adlı tədbir keçirilib

21 oktyabr 2022 | 11:39

21 oktyabr 2022-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərancamına əsasən Şuşa şəhərinin və rayonumuzun qədim tarixi- mədəni abidələrinə həsr olunmuş “Tarixi Şuşa şəhəri və tarixi abidələrimiz” adlı tədbir keçirilib. Tədbiri giriş sözü açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qəbələ rayonu üzrə səlahiyyətli nümayəndəsi Nargilə Qafarova bildirilib ki, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilən Şuşa xalqımız üçün müstəsna mənəvi dəyərə malikdir. Ermənistan silahlı birləşmələrinin işğalı dövründə şəhərin tarixi abidələri amansızlıqla dağıdılsa da, düşmən bu şəhərin milli ruhunu məhv edə bilməyib. Şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Tədbirdə çıxış edənlər Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa şəhərinin tarixi-dini mədəniyyət abidələri, eləcə də Аzərbаycаnın аyrılmаz tərkib hissəsi оlаn Qəbələnin tаriхi аbidələri haqqında ətraflı məlumat vermişlər. Sonda tarixi abidələrimiz haqqında hazırlanmış videoçarx nümayiş olunmuşdur.

Keçidlər