Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Tərəqqi yollarının başlanğıcında" adlı tədbir keçirilmişdir

13 iyul 2022 | 18:53

13.07.2022-ci il tarixdə Qəbələ Rayon Tarix- Diyarşünaslıq Muzeyində Ümummilli lider Heydər Əliyevin  14 iyul 1969 - cu il tarixdə hakimiyyətə  gəlişi ilə əlaqədar "Tərəqqi yollarının başlanğıcında" adlı tədbir keçirilmişdir. Qəbələ rayon Heydər Əliyev Mərkəzinin, Dövlət Rəsm Qalereyasının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin əməkdaşları və ali məktəb tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq Azərbaycan tarixinin ən şərəfli səhifəsi olan 14 iyul 1969- cu ildə hakimiyyətə gələn ulu öndərimiz Heydər Əliyev tərəfindən həyata keçirilən  dövlət siyasətindən, ölkəmizin iqtisadi, mədəni, ictimai sferada sürətli inkişafından, həyata keçirilən böyük layihələrdən danışmışdır. Tədbirdə çıxış edənlər ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, gənclərin sağlam və təhsilli olmaları üçün yaradılan şəraitdən bəhs etmişlər. Sonda ümumilli liderin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilmişdir.

Keçidlər