Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ulu öndərin mədəniyyət sevgisinin bəhrələri” adlı tədbir keçirilib

15 aprel 2023 | 09:36

14 aprel 2023-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində 15 aprel-Beynəlxalq Mədəniyyət günü ilə bağlı “Ulu öndərin mədəniyyət sevgisinin bəhrələri” adlı tədbir keçirilib. Öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin təşkilatçı metodisti Natəvan Mürşüdova müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Mədəniyyət Mərkəzində silsilə tədbirləri keçirildiyini qeyd etmiş, Ulu Öndərin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan bu sahəyə verdiyi töhvələrdən söz açmışdır. Tədbirdə çıxış edənlər vurğuladılar ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuş, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi beynəlxalq aləmdə tanıtmışdır. Onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində dərin və silinməz iz qoymuşdur. Bu gün Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər