Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

 “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə  həsr edilmiş futzal üzrə xatirə turnirinin finalı keçirilib

12 dekabr 2022 | 09:09

Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 10 dekabr 2022-ci il tarixdə Olimpiya İdman Kompleksində rayonun idarə, müəssisə və təşkilatları arasında “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş xatirə turnirinin finalı və qaliblərin mükafatlandırılma mərasimi keçirilmişdir. Turnirə Qəbələ Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Qəbələ Təhsil Sektoru, Qəbələ Hava Limanı, FHN Şimal-Qərb Regional Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Səfərbərlik və HXÇDX-nin Qəbələ rayon şöbəsi, 9 saylı Ərazi Reyest İdarəsi, Qəbələ ASAN Xidmət, FHN-nin hərbi hissəsi, 10 saylı Ərazi Vergilər İdarəsi və “Xanlar” istirahət mərkəzinin komandaları qatılmışdır. Turnirin final mərhələsində maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda  FHN Şimal-Qərb Regional Mərkəzinin komandası 1-ci yeri, “Xanlar” istirahət mərkəzinin komandası 2-ci yeri və Rayon Polis Şöbəsinin komandası 3-cü yeri tutmuşlar. Qalib komandalara, hakimlər heyətinə və turnirdə fərqlənən komandalara kubok və diplomlar təqdim edilmişdir.

Keçidlər