Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

YAP Qəbələ Rayon Təşkilatı tərəfindən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

17 mart 2023 | 14:24

17 mart 2023-cü il tarixdə YAP Qəbələ rayon təşkilatı tərəfindən gənc partiya fəallarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Əvvəlcə gənclər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etmişlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər