Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

YAP Qəbələ Rayon Təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

11 noyabr 2022 | 15:42

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə noyabrın 11-də partiyanın Qəbələ rayon təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Ekoloji mühitin sağlamlaşdırılması, ictimaiyyətin diqqətinin ətraf mühitin və yaşıllıq zolaqlarının qorunmasına yönəldilməsi məqsədilə keçirilən aksiyada Qəbələ rayonu Həzrə kəndi ərazisində qoz, tuya, çinar, akasiya (ümumilikdə 500 ədəd) ağacları əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyada Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının əməkdaşları, ictimaiyyət nümayəndələri, partiya fəalları və gənclər iştirak ediblər.

Keçidlər