Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə “Şərəfli Ömrün Sirdaşı ” mövzusunda tədbir keçirilib

27 aprel 2023 | 17:51

Zarağan kənd 1 nömrəli tam orta məktəbdə Qəbələ Rayon İcra Hakimiyyətinin,  rayon Təhsil Sektorunun təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə “Şərəfli Ömrün Sirdaşı ” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin  və akedimik Zərifə Əliyevanın, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan rayon Təhsil Sektorunun müdiri  Arifə Bayramova  qonaqları salamlayaraq akademik Zərifə Əliyevanın  xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirirmiş,onun elmi araşdırmalarının Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu  vuruğulamışdır. Digər  çıxışlarda akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən, keçdiyi şərəfli ömür yolundan, sədaqətli həyat yoldaşı və qayğıkeş ana olmasından danışılıb . Sonra Zərifə Əliyevanın  həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib.

Keçidlər