Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“20 yanvar faciəsinin iyirmi yeddinci ildönümü”nə həsr edilmiş şeir müsabiqəsi keçirilmişdir.

20 yanvar 2017 | 00:00

Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 yanvar faciəsinin iyirmi yeddinci ildönümü”nə həsr edilmiş yeniyetmə və gənclər arasında “Şəhidlər unudulmur” mövzusunda şer müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı yanvar faciəsində şəhid olanların tarixə qəhrəmanlıq salnaməsi yazdıqlarını, onların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini və şəhidliyin müqəddəs bir zirvə olduğunu ictimaiyyətə çatdırmaq, həmçinin yeniyetmə və gənclərin bədii yaradıcılıq potensialının inkişaf etdirməkdən ibarətdir. Müsabiqənin açılış mərasimində ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, Təhsil şöbəsinin  metodkabinetinin rəhbəri Arifə Bayramova və metodist Aslan Şirazov tədbirin məqsəd və vəzifələrindən söz açaraq, “20 yanvar faciəsi”nin baş vermə səbəbləri, faktlar və həqiqətlər barədə danışmış, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələr barədə tədbir iştirakçılarına geniş məlumat vermişlər. Müsabiqədə rayonun müxtəlif məktəblərindən olan 40 nəfər şagird iştirak etmişdir. Məktəblilər torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə, milli qəhrəmanlarımıza və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirmişlər. Müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülmüşdür. Müsabiqənin yekun nəticəsinə əsasən Ağayev Soltan Rəhman oğlu I yerə, Məsimov Orxan Eldar oğlu, Yolçuyeva Gülnur Elnur qızı II yerə və Rəsulova Almaz Bəhruz qızı, Ağayeva Dilbər Yasər qızı, Kərimli Gülnaz Seyid qızı III yerə layiq görülmüşdür. Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər