Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İranın Qərbi Azərbaycan vilayətinin valisinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.

27 yanvar 2017 | 16:00

Ölkəmizdə səfərdə olan İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.
Nümayəndə heyətini Qəbələ şəhərində, rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev qarşılamışdır. İlk öncə İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin özəl sektor və iş adamlarından ibarət nümayəndə heyəti şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ümumilli Liderin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, dahi şəxsiyyətə öz dərin ehtiramlarını bildirmişlər.
Daha sonra nümayəndə heyətinin Heydər Əliyev Konqres Mərkəzində rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevlə rəsmi görüşü təşkil olunmuşdur.
Qonaqları füsunkar bölgədə məmnunluq  hissi ilə qarşıladığını qeyd edən RİH başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayaraq bu səfərin bölgə üçün böyük önəm daşıdığını diqqətə çatdırmışdır. Görüş çərçivəsində nümayəndə heyətinə rayonun tarixi, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və rayonda yaradılan müasir turizm infrastrukturu haqqında ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki,  ölkə başçısı cənab İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət nəticəsində burada sürətli inkişaf edən turizm  infrastrukturu ilə yanaşı  mövcud olan istehsal müəssisələri də bu füsünkar gözəlliklərə sahib məkanın iqtisadi inkişafının artmasında müstəsna rol oynayır. Bildirilmişdir ki, ildən-ilə Qəbələ rayonunda öz möhtəşəmliyi ilə yeni inşa olunan elm, təhsil, səhiyyə və sənaye obyektləri bu bölgəyə göstərilən diqqətin əyani təzahürüdür.
Diqqətə çatdırılmışdır ki, rayonda elmi texniki tərəqqinin son nəaliyyətlərinə cavab verən, müasir tipli müəssisələrin istehsal etdiyi məhsullar dünyanın bir çox ölkələrinə ixrac olunur.
Regionun öz ecazkar gözəlliyi və qonaqpərvərliyi ilə zəngin olduğunu ifadə edən cənab Səbuhi Abdullayev Qəbələnin beynəlxalq tədbirlərə ev savibliyi etdiyini vurğulamış, bir çox ölkə başçılarının və tanınmış simaların Qəbələ rayonuna səfərlərindən söz açmışdır.
Daha sonra nümayəndə heyətinin rəhbəri Qurbanəli Səadət Qarabağ göstərilən diqqət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək  bölgədə şahidi olduğu müasir infrastrukturun  qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə və ikitərəfli əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirmişdir. Nümayəndə heyətinin rəhbəri  ölkələr arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu Azərbaycan və İran məhsullarının tanıdılması üçün birgə sərgilərin təşkilinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı iqtisadi münasibətlərin hər iki tərəflər üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri RİH-nin və Qəbələ "ASAN xidmət" mərkəzinin inzibati binasına, şəhər məscidinə, istehsal müəssisələrinə və turizm sektoruna baxış keçirmiş, əldə olunmuş müsbət təcrübə ilə yaxından tanış olmuşlar.

Keçidlər