Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Beynəlxalq Skaut Düşərgəsi təşkil olunub.

03 iyul 2017 | 16:00

Qəbələ rayonunun Bum qəsəbəsində Azərbaycan Skautlar Assosiasiyası tərəfindən Respublika Gənclər və İdman Nazirliyinin dəstəyilə “Wonderland 2017-Azərbaycan” Beynəlxalq Skaut Düşərgəsi təşkil olunub.
Beynəlxalq düşərgəyə Azərbaycanın müxtəlif rayonlarından, eləcə də Polşa, Türkiyə, Gürcüstan, Ukrayna və Misirdən iştirakçı qatılıb. İyulun 2-də Bum qəsəbəsində keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni və Skautların Himni səsləndirilib. Sonra Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı ölkədə təşkil olunan ilk skaut düşərgələrinin tarixi haqqında məlumat verərək bildirib. O, qeyd edib ki, ilk “Wonderland” adlı beynəlxalq skaut düşərgəsi 2013-cü ildə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Şəkidə təşkil olunub. 2014-cü ildə dünyanın bütün qitələrindən skautlar Azərbaycanın cənubuna, 2015-ci ildə Gədəbəy rayonuna və 2016-cı ildə isə Gəncəyə toplanıb. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev Beynəlxalq Skaut Düşərgəsinin açılış mərasimində iştirak edərək, iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Mərasimdə Respublika Gənclər və İdman Nazirliyinin məsul işçisi Fuad Babayev və raonun əlaqədar təşkilatlarının rəhbərləri iştirak edib. Sonra skaut düşərgəsinin müxtəlif yaş qrupuna aid iştirakçıları düşərgəyə qatılmaqla dünya görüşlərini artırdıqlarını, çadır qurmağı və sair bacarıqlara yiyələndiklərini bildiriblər. Düşərgədə fəaliyyətlər yaş qruplarına uyğun olaraq əvvəlcədən planlaşdırılmış proqram üzrə həyata keçirilib.
Onlar müxtəlif proqram modullarında həyati bilik və bacarıqlar əldə etməklə yanaşı psixoloji, əyləncəli və intellektual oyun və yarışlarda iştirak edibər. Bunun nəticəsində onlar liderlik, nizam-intizamlılıq, özünü ifadə və vətənpərvərlik kimi keyfiyyətləri əldə etmiş olurlar.

Keçidlər