Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli liderin 95 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

10 may 2018 | 16:00

Qəbələdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının əmək kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Heydər Əliyevin adını daşıyan parka toplanan izdiham əvvəlcə burada ucaldılmış ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xalqımızın ümummilli liderinin əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər. Sonra Qəbələ Mədəniyyət Mərkəzində davam edən tədbirdə Səbuhi Abdullayev ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə, böyük və əvəzsiz xidmətlərinə dair ətraflı məruzə edib. Məruzədə Heydər Əliyevin sözün əsl mənasında müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlərində, ən əsası isə ölkəmizin dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl milli dövlətçilik ideologiyasını formalaşdırdığı, müstəqilliyimizi daha da möhkəmləndirdiyi, sosial-iqtisadi, siyasi, diplomatik və ordu quruculuğu sahələrində çox böyük uğurlara imza atdığı vurğulanıb. Tədbir mədəniyyət mərkəzinin təqdim etdiyi ədəbi-bədii kompozisiyalar ilə davam etdirilib. Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.

Keçidlər