Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Kötüklü kəndində səyyar görüş-qəbul keçirilib.

21 noyabr 2018 | 06:00

Noyabrın 20-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Kötüklü kəndində növbəti səyyar görüş-qəbulu keçirilib. Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyevin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil və xidmət təşkilatları rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin və ağsaqqalların iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı respublikamızın bu günkü uğurlu inkişafından danışıb. Qeyd olunub ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsində bu gün respublikanın hər bir bölgəsində, o cümlədən Qəbələ rayonunda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar, qaz xətləri çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Bildirilib ki, ölkə başçısı tərəfindən kənd təsərrüfatı sahəsinə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır, valyuta gətirən strateji kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, o cümlədən fındıqçılığın, tütünçülüyün və baramaçılığın inkişafına xüsusi qayğı göstərilir. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasıdır. Görüşdə son illər Kötüklüdə də bir çox quruculuq işlərinin aparıldığı, yaşayış məntəqəsində yeni məktəb binasının inşa edildiyi, əraziyə asfalt yol çəkildiyi, qaz xətti çəkilişinin başa çatdırıldığı, kəndin telefonlaşdırıldığı, fasiləsiz olaraq rabitə və elektrik enerjisi ilə təchiz edildiyi vurğulanıb. Görüşdə ölkədə qazanılan bütün uğurların ilk növbədə Prezident İlham Əliyevin gərgin və səmərəli fəaliyyətinin bəhrələri olduğu və belə mühüm layihələrin bütün bölgələrdə əhalinin güzəranının yaxşılaşmasına xidmət etdiyi səslənib. Sonra kənd sakinləri dinlənilib. Onlar son vaxtlar Qəbələ rayonunda və Kötüklü kəndində görülmüş abadlıq-quruculuq işlərinə göstərdiyi diqqət və qayğıya görə cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər yaşayış məntəqəsindəki mövcud artezianın təmir edilməsini və yenisinin qazılmasını, eyni zamanda Qaraçayda beton mühafizə bəndinin tikilməsini xahiş ediblər. Görüşü yekunlaşdıran Səbuhi Abdullayev əhali tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tədbir görülməsi üçün aidiyyəti qurumların rəhbərlərinə göstəriş verib.

Keçidlər