Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Kiçik Pirəli kəndində səyyar görüş-qəbul keçirilib.

29 noyabr 2018 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar görüş- qəbulu Kiçik Pirəli kəndində keçirilib. RİH başçısı aparatı əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, xidmət təşkilatları rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı Qəbələnin sosial-iqtisadi inkişafı istiqamətində icra edilən layihələrdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması sahəsində görülən işlərdən ətraflı danışıb. RİH başçısı çıxışında ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, yerlərdə əhalinin qayğı və problemlərinin öyrənilməsi və operativ həll edilməsi məqsədi ilə keçirilən bu cür səyyar görüşlərin çox önəmli olduğunu tədbir iştirakçılarına bildirib. Sonra görüş-qəbulda kənd sakinləri dinlənilib. Onlar Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkədə və rayonda aparılan sosial-iqtisadi inkişafla bağlı ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər bu quruculuq işlərindən Kiçik Pirəli kəndinin də kənarda qalmadığını, ərazidə yeni məktəb binasının tikildiyini, qaz xəttinin çəkildiyini və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün sakinlərə dövlət tərəfindən hər cür dəstək göstərildiyini vurğulayaraq bütün bunlara görə razılıqlarını ifadə ediblər. Sakinlər çıxışlarında görülən işlərlə yanaşı kənddə bəzi problemlərin də mövcud olduğunu bildirib, yaşayış məntəqəsində elektrik xətlərinin dəyişdirilməsinə, kənd təsərrüfatı məhsullarının istehsalı üçün suvarma kanalının çəkilməsinə, yeni tibb məntəqəsi binasının tikilməsinə və Böyük Pirəli-Kiçik Pirəli yolunun asfaltlaşdırılmasına ehtiyac olduğunu diqqətə çatdırıblar. Rayon icra hakimiyyətinin başçısı vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilatlara müraciət olunacağını bildirib. Yerli təşkilatlardan asılı olan məsələlərin icrası istiqamətində isə yerindəcə tapşırıqlar verib.

Keçidlər