Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Nohurqışlaq kəndində səyyar görüş-qəbul keçirilib.

06 mart 2019 | 16:00

Mart ayının 6-da Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin Nohurqışlaq kənd sakinləri ilə görüş-qəbulu keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə, o cümlədən rayonda aparılan geniş quruculuq-abadlıq işlərindən danışaraq, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər haqqında danışmışdır. Başçı bildirmişdir ki, 2019-cu ilin əvvəlindən başlayaraq ölkə Prezidenti tərəfindən əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün çox mühüm islahatlar həyata keçirilmişdir. Həyata keçirilmiş tədbirlər respublika əhalisinin üç milyondan çoxunu əhatə edir. O, ölkə başçısının qayğısı sayəsində bu gün rayonumuzun sosial-iqtisadi həyatında gerçəkləşən layihələrdən söz açmış, sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq sahələrində görülmüş işlər haqqında məlumat vermişdir. Görüşdə Nohurqışlaq kəndinin də sosial-iqtisadi problemlərinin diqqət mərkəzində olduğu və həlli istiqamətində konkret işlərin görüldüyü Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qeyd edilmişdir. Kənd sakinləri rayonumuzda və Nohurqışlaq kəndində aparılan abadlıq-quruculuq işlərindən razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edən kənd sakinlərindən Fazil Atakişiyev, Akif Mirzəcanov və başqaları kənddəki köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsinə, uşaq bağçası üçün yeni, müasir bina tikilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Rayon icra hakimiyyətinin başçısı qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər