Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda buraxılış imtahanları üç mərkəzdə aparılıb.

12 mart 2019 | 04:00

Dövlət İmtahan Mərkəzinin martın 10-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi rayonlarda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının birinci mərhələsi başa çatıb. İmtahanların keçirilməsi üçün Qəbələ rayonunda 3 imtahan mərkəzi ayrılıb. İmtahanlarda Qəbələ rayonu üzrə 1273  şagird iştirak edib. İmtahanların idarə olunmasına imtahan rəhbəri və  nəzarətçi müəllim cəlb olunub. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Bütün imtahan mərkəzlərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci mərhələsi mövcud təlimata uyğun keçib və heç bir qanun pozuntusuna yol verilməyib.

Keçidlər