Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Peşə bayramını qeyd ediblər.

28 mart 2019 | 16:00

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 ili tamam olub. Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23- də imzaladığı sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizliyi sahəsində görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilib. Bu gün xalqımızın milli mənafeinin, təhlükəsizliyinin, sabitliyin və əmin-amanlığın qorunmasında DTX-nın xüsusi rolu var. Dövlət Təhlükəsizliyi Xidmətinin Qəbələ Rayon Şöbəsinin işçiləri də martın 28-də peşə bayramlarını qeyd edib. Tədbir iştirakçıları həmin gün ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin işıqlı xatirəsinə öz ehtiramlarını bildirib. Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının peşə bayramında Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.

Keçidlər