Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeniyetmələr arasında güllə atıcılığı üzrə zona yarışı keçirilmişdir.

20 aprel 2019 | 02:00

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Stend Atıcılığı Kompleksində 19 aprel 2019-cu il tarixdə Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan güllə atıcılığı üzrə yeniyetmələr arasında zona yarışları keçirilmişdir. Yarışın keçirilməsində məqsəd respublikada güllə atıcılığı idman növünün inkişaf etdirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, respublikanın bölgələrində bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi və təbliğ olunması, həmçinin yeniyetmələrin idman ustalıqlarının artırılması, yığma komandalara namizədlərin hazırlanmasından ibarətdir. Zona birinciliyinin açılış mərasimində Gənclər və İdman Nazirliyinin əməkdaşı Ülviyyə Hacıyeva və Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək Respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasından danışmış və komandalara uğurlar arzulamışlar. Yarışlar komanda və şəxsi xarakter daşıyır. Zona yarışında I və II yeri tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar. Zona mərhələsində respublikanın 10 şəhər və rayonundan 50-dək idmançı mübarizə aparmışdır.Yarışın yekun nəticəsinə əsasən Oğuz rayon komandası I yer və Qax rayon komandası II yeri tutaraq Sumqayıt şəhərində keçiriləcək final mərhələsinə lisenziya qazanmışlar.

Keçidlər