Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ regional “ASAN xidmət” mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

08 may 2019 | 00:00

Qəbələ regional “ASAN xidmət mərkəzinin əməkdaşları, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi ilə birlikdə  Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar tədbir təşkil etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək Ümummilli Lider Heydər Əliyevin büstü önünə çiçək dəstələri düzmüşlər.
Daha sonra Mərkəzdə tədbir davam etdirilmişdir.  Toplantıda çıxış edənlər  Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən söz açıblar. Qeyd olunub ki, Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında dahi rəhbər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bildirilib ki, Azərbaycan Ulu Öndərin gələcəyə hesablanmış siyasəti nəticəsində çox qısa zamanda dünya birliyinin layiqli üzvünə çevrilb. Diqqətə çatdırılb ki. Son 15 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev fəlsəfəsinin, Azərbaycanı inkişafa aparan strategiyanın müsbət nəticəsini dünyaya təqdim edir.

Keçidlər