Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kompüter oyunları üzrə Qəbələ rayon çempionatının qalibləri müəyyənləşib.

17 may 2019 | 00:00

Kompüter oyunları üzrə Qəbələ rayon çempionatına yekun vurulub. Rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə “FIFA-19” və “Counter Strike” oyunları üzrə keçirilən çempionatda müxtəlif sahələrdə çalışan və təhsil alan 30 gənc iştirak edib. Yarışlara başlamazdan əvvəl gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək çempionatın məqsəd və vəzifələri barədə məlumat verib. Bildirilib ki, əsas məqsəd gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaq, onların asudə vaxtının mənalı və səmərəli təşkili üçün yeni üsullar tətbiq etməkdir. Yekun nəticələrə əsasən, “FIFA-19” oyunu üzrə Azər Cabbarlı çempionatın qalibi olub. Sonrakı yerləri Təbriz Məmmədov və Ramazan Əhmədov tutublar. “Counter Strike” oyununda isə “Qəbələ” komandası birinci yerə layiq görülüb. Qaliblər Azərbaycan milli çempionatının Qaxda keçiriləcək zona yarışında iştirak etmək hüququ əldə ediblər.Çempionatın qalibləri mükafatlandırılıb.

Keçidlər