Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə baramaçılıq inkişaf etdirilir.

25 may 2019 | 00:00

Builki mövsümdə Qəbələ rayonunda yaş barama istehsalının ötən illə müqayisədə iki dəfədən çox artırılaraq, 20 tona çatdırılması nəzərdə tutulur. Barama yetişdirilməsi ilə əlaqədar 114 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 500 qutu, yəni 9,5 kiloqram ipəkqurdu paylanılıb. Ümumiyyətlə, cari mövsümdə Qəbələdə baramaçılıq sahəsində 250-dən çox kənd sakininin məşğulluğu təmin olunub. Hal-hazırda rayonda ipəkqurdunun yemləndirilməsi təlimata uyğun aparılır. Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədilə son üç ildə rayon ərazisində 258 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 110 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilərək calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.

Keçidlər